Modern.az

Kılıçdaroğlu Ərdoğana uduzdu

Kılıçdaroğlu Ərdoğana uduzdu

8 İyun 2018, 00:41

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu məhkəmədə uduzub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yaxınlarının xaricə pul köçürmələrini iddia etdiyi üçün qarşı tərəfə 197 min lirə mənəvi təzminat ödəyəcək.

Hər iki tərəfin vəkillərinin iştirak etdiyi məhkəmə prosesi zamanı hakim pul köçürmələri ilə bağlı iddiaların tamamilə əsassız və həqiqətə uyğun olmadığını bəyan edib.

 

Belə ki, 110 minlik mənəvi təzminat Rəcəb Tayyib Ərdoğana, 15 min lirə Əhməd Burak Ərdoğana, 17 mini Ziya İlgenə, 25 mini Mustafa Ərdoğana, 20 min Osman Ketenciyə, 10 min lirə isə Mustafa Gündoğana ödənəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!