Modern.az

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan müsəlmanlarına təsiri zəifləyib... 

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan müsəlmanlarına təsiri zəifləyib... 

8 İyun 2018, 08:37

Hələ 2011-ci ildə Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsi yaradılanda bu, Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin narazılığına səbəb olmuşdu. O zaman bu narazılığa baxmayaraq, Gürcüstan Müsəlmanları İdarəsi yaradıldı, qurumun baş müftisi, baş şeyxi və imamı vəzifələrinə seçkilər keçirildi. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstanda təsiri zəiflədi.

Sözügedən hdisədən sonra bir ara QMİ-nin Gürcüstan dövləti tərəfindən artıq tanınmadığı və idarənin Tiflisdəki nümyəndəliyinin bağlanacağı bildirilirdi.

Bəs indi vəziyyət necədir?

“Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdə Gürcüstan dövlət rərəfindən tanınan rəsmi nümüyəndəliyi var və fəaliyyətini də davam etdirir”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı bildirib.

Q.Cavadlının sözlərinə görə, hazırda nümayəndəliyin işində hansısa problem yoxdur:

“Nümayəndəliyin rəhbəri QMİ-nin qazısı Hacı Əli Əliyevdir”.

QMİ rəsmisinin sözlərinə görə, digər müsəlman dini qurumları və ya nümayəndəliklərinin yaradılması Gürcüstan dövlətinin səlahiyyətləri daxilindədir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!