20 mart 2019, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Mirmahmud bəy sədrlikdən gedir? - KXCP-də yeni namizəd: “Son qurultayda bunu özü bəyan edib”
Mirmahmud bəy sədrlikdən gedir? - KXCP-də yeni namizəd: “Son qurultayda bunu özü bəyan edib”
08.06.2018, 08:53

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək.

Partiya qurultayının vaxtı dəqiqləşibmi? Sədrliyə namizədlər kimlərdir?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü  Xəzər Teyyublu Modern.az saytına açıqlamasında deyib ki, yalnız hazırlıq işləri yekunlaşandan sonra qurultayın dəqiq vaxtı bəlli olacaq:

“KXCP-nin 2017-ci ilin oktyabrında keçirilən Ali Məclisində qərar qəbul olundu ki, partiya qurultaya getsin. Bu, nizamnaməyə müvafiq olaraq qəbul edilən qərardır. Yerlərdə və rayon şöbələrində, yerli təşkilatlarda hesabat tipli konfranslar keçirilir. Bu istiqamətdə hazırda qurultaya hazırlıq mərhələsidir. Qeyd etdiyim konfranslar yekunlaşandan sonra bu haqda partiyanın ali orqanı  qurultayın keçirilmə günü, yeri haqqında qərar verəcək”.

X.Teyyublu qeyd edib ki, hər bir partiya üzvü  sədrlik üçün namizədliyini irəli sürə bilər:

“Prosedur qaydası ilə namizədlik qurultaya  daxil edilir və səsvermə keçirilir. Hazırda bildiyiniz kimi KXCP-nin sədri Mirmahmud Mirəlioğludur. Digər şəxslərin də namizədliyini irəli sürməsində problem yoxdur.  Hələ ki partiyadan hüquq müdafiəçisi Oktay Gülalıyev namizədliyini  elan edib. Digərləri də yalnız qurultayda rəsmən gündəliyə salınandan sonra namizəd kimi elan oluna bilərlər. Namizədlər kim olacaqsa, uğurlar olsun”.


KXCP Ali Məclisinin keçmiş üzvü Oqtay Gülalıyev
deyib ki, partiyanın hazırkı durumu onu namizədliyini irəli sürmək  addımına sövq edib:

“Hesab edirəm ki, KXCP mübarizənin önündə olmalıdır, daha fəal olmalı, cəmiyyətdə fərqli imkanları daha çox olmalıdır.  KXCP-nin  indiki vəziyyəti partiyaya yaraşan vəziyyət deyil. Bu təşkilatı Əbülfəz Elçibəy qurub və həmişə Azərbaycan xalqının  taleyində və tarixində müstəsna rol oynayıb. Bu baxımdan düşünürəm ki, KXCP öz missiyasına, mandatına uyğun olaraq daha fəal, dinamik olmalıdır və qeyd etdiyim kimi meydanlarda iştirak etməlidir. Digər tərəfdən,  bilirsiniz ki, hüquq müdafiəsi  fəaliyyəti ilə məşğulam. Ayrı-ayrı insanların, xüsusən həbsdə olan siyasi məhbusların hüquqlarını müdafiə edirəm. Hesab edirəm ki, ayrı-ayrı fərdlərlə yanaşı, Azərbaycan xalqının da hüquqları müdafiə olunmalıdır. Müdafiə yollarından biri geniş bir partiya çərçivəsində bu işləri aparmaqdır. Partiya olaraq xalqın, millətin keşiyində durmaq daha düzgündür. Və özümün, digər dostların təklif və tövsiyələrindən sonra bu qərara gəldim ki, KXCP-nin sədrliyinə namizdəliyimi bəyan edim”.

O.Gülalıyev KXCP-nin hazırkı sədri Mirmahmud Mirəlioğlunun  fəaliyyətinə də münasibət bildirib:

“Mirmahmud bəy  2015-ci ildə KXCP-nin son qurultayında bəyan edib ki, bu onun vida qurultayıdır və növbəti qurultayda namizədliyini irəli sürməyəcək, yerini gənclərə verəcək. Birincisi, Mirmahmud bəy özü könüllü geri çəkilmək istəyir və mən bu addımı təqdir edirəm. Düşünürəm ki, Mirmahmud bəy düzgün qərar verib, yerini digər insanlara verməlidir. Əgər biz hakimiyyətdən və başqalarından dəyişiklik, yenilik  etməsini tələb ediriksə, öncə, özümüz buna əməl etməliyik. Eyni zamanda partiyanın potensialı çox genişdir və daha çox iş görmək, cəmiyyətdə, mübarizədə  öndə olmaq, cəmiyyətə təsir imkanlarını artırmaq, ölkədə gedən ictimai-siyasi hadisələrdə aparıcı mövqeyə malik olmaq şansları var. Partiyamızın həm daxili potensialı, həm nüfuzu, əlaqələri, intellektual bazası buna imkan verir. Bu baxımdan  hesab edirəm ki, partiyada bu imkanlardan aşağı səviyyədə istifadə olunur. Güman edirəm ki, partiyanın sədri seçilərəmsə, partiya ölkənin aparıcı müxalifət partiyalarından biri olacaq və qarşıda qoyduğu digər məqsədlərin reallaşmasına daha yaxın ola bilər”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Göyçayda bayram günü faciə: 23 yaşlı gənci səkidə üstünə düşən ağac öldürdü
20.03.2019, 22:44

Göyçayda bayram günü faciə: 23 yaşlı gənci səkidə üstünə düşən ağac öldürdü

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatın azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatın azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub
20.03.2019, 14:04

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

ARXİV