Modern.az

Ermənistan Azərbaycandan qorxduğunu rəsmən bəyan etdi: “Bizi bloklayırlar”

Ermənistan Azərbaycandan qorxduğunu rəsmən bəyan etdi: “Bizi bloklayırlar”

8 İyun 2018, 09:15

Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına qarşı çıxacaq.

Modern.az saytının məlumatına görə, bu haqda “Kommersant”a müsahibəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

O qeyd edib ki, Azərbaycan Ermənistanı bloklayan bir ölkədir.

“Ermənistana və ermənilərinə qarşı dünyada istifadə olunan terminologiyaya baxın. Azərbaycan bizimlə bağlı birtərəfli tədbirlər görür. Avrasiya İqtisadi İttifaqı isə əməkdaşlıq üçündür”-deyə Mnatsakanyan bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan ittifaqın üzvləridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!