Modern.az

Makron:“ABŞ-ın hegemonluğuna imkan vermərik”

Makron:“ABŞ-ın hegemonluğuna imkan vermərik”

Dünya

8 İyun 2018, 10:03

Fransa prezidenti G7 zirvəsi zamanı imzalanacaq yekun bəyannamədə ABŞ-ın imzasının olmama ehtimalının yüksək olduğunu deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Vaşinqtonun öz tərəfdaşları ilə gömrük rüsumu və ticarət münasibətlərində razılıq əldə etməməsidir.

 

“Ola bilsin, ABŞ prezidenti təcridə olunmağa qarşı deyil. Və biz də qlaan 6 ölkə olaraq yekun bəyannaməni imzalamağa qarşı deyilik”.

 

G7-yə ABŞ-dan savayı Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada və Fransa daxildir.

“Bu 6 ölkə tarixə söykənən beynəlxalq gücə və nüfuza malikdir”-deyə Makron “Twitter”də yazıb. O, tək ölkənin dünya iqtisadiyyatının hegemonuna çevrilməsinə icazə verməyəcəklərini deyib.

 

“G7-nin 6 ölkəsi ABŞ-dan daha böyük bazarı əhatə edir. Düzgün təşkilatlansaq, tək ölkənin dünya hegemonluğuna imkan vermərik. Biz bunu istəmirik”.

 

Avropa Birliyi və ABŞ arasında narazılıq iyunun 1-dən Trampın Birlik ölkələrindən ixrac edilən polad və alüminium məhsullarına vergini artırması ilə bağlıdır.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar