Modern.az

DİM-in xaricdə təhsil almış gənclərə çağırışı nədən qaynaqlandı? - AÇIQLAMA  

DİM-in xaricdə təhsil almış gənclərə çağırışı nədən qaynaqlandı? - AÇIQLAMA   

Aktual

8 İyun 2018, 11:45

Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, dövlət  proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər dövlət qulluğuna müsabiqədənkənar qəbul edilirlər.

Dövlət İmtahan Mərkəzi (DİM) də bununla bağlı xaricdə təhsil almış gənclərə çağırış edib.


“"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər”,- deyə DİM-in bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilib.

Maraqlıdır, bu çağırış nədən qaynaqlanıb? Xaricdə təhsil almış gənclərin ölkəyə qaytmamasındanmı?


Modern.az saytı bu sualla Dövlət İmtahan Mərkəzinə müraciət edib. DİM-in  mətbuat katibi Xanlar Xanlarzadə saytımıza açıqlamasında deyib ki, onlar həmin gənclərə bir xatırlatma ediblər:


“Sadəcə, xaricdə təhsil almış gəncləri bir daha bu məsələdən xəbərdar olmaları üçün xatrılatma etdik. Bu məsələ bir neçə ildir ki, var. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 28.1 maddəsinə əsasən, onlar müsahibədən, müsabibədənkənar dövlət qulluğuna qəbul edilə bilərlər.

Bu güzəşt ancaq 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə  təhsili üzrə dövlət proqramı çərçivəsində təhsil alanlara aiddir. Digərlərinə şamil olunmur. Həmin gənclər birbaşa dövlət orqanlarına müraciət edirlər. Vakansiya varsa, işə qəbul olunurlar. Təcrübədə bu formada işə qəbul olunan gənclərimiz var”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!