Modern.az

"Xəzər" avtomobillərinin kredit və lizinq şərtləri açıqlanıb

Aktual

8 İyun 2018, 13:29

Növbəti həftədən satışına başlanan "Xəzər" avtomobillərinin kredit və lizinq şərtləri açıqlanıb. Modern.az-ın məlujmatına görə bunu jurnalistlərə açıqlamasında "Azərməş"ASC-nin İdarə heyətinin sədri Emin Axundov bildirib.

Satış şərtlərinə gəldikdə, E.Axundiv bildirib ki, kredit şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş tələb olunur. Lizinq üzrə illik dərəcə isə 18%-dir".

"Azərmaş" avtomobil zavodunda illik 10 min avtomobil istehsal olunacaq.

Bunu isə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Nazir müavini bildirib ki, 25 milyon investisiya yatırılan bu müəssisənin illik dövriyyəsi 140 milyondan çoxdur. N.Mehdiyev qeyd edib ki, zavodda yığılan 50 avtomobil artıq satışa hazırdır: "Həm dövlət, həm də özəl sektordan sifarişlər var. Növbəti həftədən avtomobillərin satışına başlanılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!