Modern.az

Prezidentin xanımı doğulacaq uşağını mediadan gizlədəcək

Prezidentin xanımı doğulacaq uşağını mediadan gizlədəcək

5 Sentyabr 2011, 18:30

Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı, keçmiş model və müğənni Carla Bruni yaxınlarda doğulacaq uşağının şəkillərini media ilə paylaşmayacağını açıqlayıb. Modern.az saytının xəbərinə görə, TF1 televiziyasına aşıqlama verən C.Bruni “bu uşağı qorumaq üçün əlimdən gələni edəcəm və bunun üçün çox diqqətli olacam” deyib.

Qeyd edək ki, bu uşağın doğulması ilə N.Sarkozi Fransa tarixində ilk dəfə fəaliyyətdə olarkən ata olan prezident olacaq.   


Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu