Modern.az

Ekspert Rusiyanın Pxenyanla bağlı hədəfini AÇIQLADI

Ekspert Rusiyanın Pxenyanla bağlı hədəfini AÇIQLADI

8 İyun 2018, 17:44

Rusiya və Şimali Koreya arasında olan sıx əlaqələr onu nüvəsizləşdirmə ilə əlaqədar keçiriləcək Sinqapur sammitində əsas oyunçulardan biri edir.

 

Modern.az xəbər verir ki, bu bərədə “CNBC” kanalına ekspertlər rəy bildiriblər.

Amerika Birləşmiş Ştatlarının Xarici Əlaqələr Şurasında Asiya Araşdırmaları direktoru Elizabet Ekonominin fikrincə, Moskvanı Şimali Koreya ilə danışıqlarda göz ardı etmək olmaz.  

 

Ekspertin fikrincə Rusiyanın Koreya Yarımadasında öz maraqları var.

Ekonominin fikrincə Seul və Pxenyanda ciddi əlaqələri olan Rusiya prezidenti Vladimir Putin çox güclü səhnə arxası oyunçusudur.

 

Ekspert Rusiyanın Şimali Koreya ilə son on ildə qurduğu mədəni, iqtisadi və ticarət əlaqələrinə diqqəti çəkir. O Moskvanın ən əsas planının Şimali Koreyadan keçən qaz borusu çəkilməsi olduğunu bildirir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Sinqapur sammitində Şimali Koreya ilə sülh müqaviləsinin bağlanmasına ümid edir.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir