Modern.az

Nərgiz Paşayeva dövlətlərarası mükafata layiq görülüb

Nərgiz Paşayeva dövlətlərarası mükafata layiq görülüb

9 İyun 2018, 15:30

"Birlik ulduzları" dövlətlərarası mükafatın 2017-ci il üçün laureatlarının adları açıqlanıb.

TASS xəbər verir ki, siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti, filoloq Nərgiz Paşayevanın da adı var.

 

N.Paşayeva elm sahəsində "Birlik ulduzları" mükafatının laureatı olub.

Laureatların təntənəli mükafatlandırılma mərasimi iyunun 19-20-də Astanada MDB üzvü yaradıcı və elmi ziyalılarının XIII Forumunda keçiriləcək.

 

Qeyd edək ki, "Birlik ulduzları" dövlətlərarası mükafatı 2009-cu ildə MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlıq şurası tərəfindən təsis edilib. Mükafat hər il 3 kateqoriya üzrə verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi