Modern.az

Avropa İttifaqı Yunanıstana 1 milyard avro  ayırmağı təxirə saldı

Avropa İttifaqı Yunanıstana 1 milyard avro  ayırmağı təxirə saldı

10 İyun 2018, 09:40

Yunanıstan hökuməti borcların qaytarılması barədə hesabatı təqdim etmədiyinə görə, Avropa Fondu ölkəyə 1 milyard avro dəyərində kredit ayırmasını dayandırıb.

 

“Ekathimerini” nəşrinin məlumatına əsasən, Avropa Sabitlik Mexanizminin direktorlarının Paris görüşündə ölkə hökuməti tərəfindən hesabatların təqdim olunmasınadək kreditin verilməsinin təxirə salınması qərarına gəlinib.

 

Təşkilatın təmsilçiləri Yunanıstanın bir çox məsələlərdə inkişaf və uğurlarını vurğulasalar da, ölkə hökuməti tərəfindən imzalanan Sazişdə bütün maddələrin yerinə yetirilmədiyi bildirilib. (AZƏRTAC)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir