Modern.az

Qatar sərnişinlərinə silahlı hücum: 1 ölü, 2 yaralı

Qatar sərnişinlərinə silahlı hücum: 1 ölü, 2 yaralı

Dünya

10 İyun 2018, 09:57

Yaponiyada naməlum kişi sürətli qatarın sərnişinlərinə bıçaqla hücum edib.

 

Trend-in NHK telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Qatar Tokiodan Osakuya hərəkət edirdi.

 

Qeyd olunur ki, hücum edən şəxs saxlanılıb. O, 22 yaşlı İtiro Kodzimadır. Dindirmə zamanı Kodzima bildirib ki, hücum əvvəlcədən planlaşdırılmayıb və hər şey onun həddindən artıq qıcıqlandığından baş verib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!