Modern.az

Kim Çen Inın nümayəndə heyətinin ilk təyyarəsi Sinqapurda enib

Kim Çen Inın nümayəndə heyətinin ilk təyyarəsi Sinqapurda enib

10 İyun 2018, 11:20

"Air Koryo" aviaşirkətinin İl-76 yük təyyarəsi Sinqapurun "Çanqi" beynəlxalq hava limanında eniş edib.

 

Trend-in Yaponiyanın "NHK" telekanalına istinadən verdiyi məlumata görə, İl-76 təyyarəsi Sinqapura Koreya Xalq Demokratik Respublikanın "(KXDR" lideri Kim Çen Inın şəxsi avtomobillərini gətirib.

 

KXDR liderinin özünündə bu gün Sinqapura gələcəyi gözlənilir.

 

Daha əvvəl "Yonhap" agentliyi bildirmişdi ki, KXDR lideri ABŞ prezidenti Donald Trampla görüşmək üçün Phenyandan Sinqapura yola çıxıb.

 

Qedy edək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasında yerləşən "Capella" otelində baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir