Modern.az

TANAP-ın açılışını  Rəcəb Tayyib Ərdoğan edəcək

TANAP-ın açılışını  Rəcəb Tayyib Ərdoğan edəcək

İqtisadiyyat

10 İyun 2018, 16:31

Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışını iyunun 12-də Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğan edəcək.

 

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumata görə, TANAP ilə Azərbaycanın  Xəzər dənizində yerləşən "Şahdəniz-2" qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.

 

Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür