Modern.az

Musa Yaqubdan yeni xəbər: “Səhhəti…”

Musa Yaqubdan yeni xəbər: “Səhhəti…”

Ədəbi̇yyat

10 İyun 2018, 17:03

 

 

"Musa müəllimin səhhəti 2-3 gün olar ki, yaxşıdır. Neçə vaxt idi ki, səhhətində heç bir irəliləyiş yox idi. Buna görə çox narahat idik. İndi şükürlər olsun ki, atam əvvəlki günlərdən fərqli olaraq çox yaxşıdır”.

 

Bunu  Modern.az-a  açıqlamasında  tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının səhhəti barədə danışarkən deyib.

 

O, bildirib ki, xaricdən gətirilən dərmanlar da təsiri özünü göstərib.

 

"Atamın dərmanlarını adətən xaricdən sifariş etmək məcburiyyətində qalırıq. Çünki çətin tapılan dərmanlardır. Dərmanların qəbulundan sonra qidalanmasında da irəliləyiş var. Az da olsa fikirlərini izah edə bilir. Yazıçı dostları da, deputatlar da  mütəmadi olaraq əlaqə saxlayıb vəziyyətini xəbər alırlar”.

 

Qeyd edək ki, 81 yaşı  mayın 10-da  tamam olan şair xeyli müddətdir xəstə yatır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir