Modern.az

Rusiya klubu fəaliyyətini dayandırdı - Kubokun son qalibi idi

Rusiya klubu fəaliyyətini dayandırdı  - Kubokun son qalibi idi

10 İyun 2018, 19:21

2013-cü ildə yaranan Rusiyanın “Tosno” klubu fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Diviziona düşən Sankt-Peterburq təmsilçisi maliyyə böhranı səbəbindən bağlandığını elan edib.

Cəmi 5 il fəaliyyət göstərən “Tosno”, Rusiya kubokunun son qalibi idi. Klub kubok qazansa da, borcları səbəbindən Avropa Liqasına buraxılmamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi