17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Müşfiq Cabiroğluna VİDA SÖZÜ
Müşfiq Cabiroğluna VİDA SÖZÜ
10.06.2018, 22:43

Mahir QABİLOĞLU

 

Həyatımızda bircə vida sözü var: Allah rəhmət eləsin. Elə ki, basdırıldın –“Qəbri nurla dolsun” ifadəsi də bu vida sözünə əlavə olunur. Amma mənim vida sözüm bu şablondan uzaqdır. Bir vaxtlar tanıdığım, sevdiyim insanları o biri dünyaya qısa kəlmələrlə yola salmaq istəməmişəm. Axı xatirələrim var. Çox adamlar haqqında bu cür vida yazıları yazmışam. Bəxtiyar Vahabzadə, İlhamə Quliyeva, Əkbər Bayramov... Amma Cabir Novruzun – Cabir əminin sonbeşiyi Müşfiq barədə yazacağımı, özü də belə tez yazacağımı heç ağlıma da gətirməzdim.

Onlar üç qardaş idi: Mirzəbəy, Vüqar və Müşfiq. Hər dəfə Müşfiqi görəndə pis olurdum. Çünki Mirzəni 48, Vüqarı isə 52 yaşında son mənzilə o yola salmışdı. Bu yaşında nəslin ağsaqqalı, Cabir Novruz ocağının yeganə keşikçisi sayılırdı. Onu yaxşı başa düşürdüm. Amma nə davranışında, nə də hərəkətlərində biruzə verirdi qəm-qüssəsini. Şəxsən məni bu dərdinə şərik etmirdi. Nə həyatından, nə də səhhətindən şikayət etdiyini görmüşdüm. Müşfiq nikbin adam idi. Atasıyla fəxr edirdi. Atasının dostlarıyla fəxr edirdi. Çox xatirələri vardı onlar haqqında. Amma qələmə almırdı. Yasda-toyda görüşəndə düşürdü üstümə. “Alə, filan vaxt filan şey belə oldu. Mən deyirəm, sən yaz”. Deyirdim ki, sən də mənim kimi şair oğlusan, həm də jurnalistsən. Özün yaz da...”.
Cavab verirdi ki, “Mahir, səndə alınır. Çəmini tutmusan. Bütün şair uşaqları yazan olmaz ki... Sən yazırsan, bəsimdi”.

Günlərin bir günü qərara aldım ki, yazam. İkisini yazdım, Modern.az saytında çap da elətdirdim. Amma bu xatirələri kimin nağıl elədiyini qeyd etmədim.

 


1-ci XATİRƏ:
  Cabir Novruzun anası rəhmətə gedir. Qabil də gəlir başsağlığı verməyə. Məclisin yiyəsi Cabir Novruz olduğundan mağarın girişinə yaxın oturubmuş. Qabil də başsağlığı verib oturur Cabirin yanında. Hüzürə gələnlər də həm Cabir Novruza, həm Qabilə başsağlığı verirmiş. Onlar da gələnlərə “keçin əyləşin”, çıxıb gedənlərə isə “Allah ölənlərinizə rəhmət eləsin” deyiblərmiş.

Gələnlər arasında görkəmli Xalq şairimiz, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetin sədri Süleyman Rüstəm də olur. Yanında da indi görkəmli yazıçı, o vaxt isə gənc yazıçı sayılan Elçin. İçəri girirlər, Cabir Novruza başsağlığı verirlər. Süleyman Rüstəm çox sadə insan olduğundan elə qapının ağzında – onların yanında əyləşmək istəyir. Bu dəm Qabil:

– Yox, Süleyman müəllim, burda sənə oturmaq olmaz. Sən keç yuxarı başa – prezidiuma.

Süleyman Rüstəm Qabilin zarafatını qəbul edib baş tərəfə addımlayır. Gənc və perspektivli yazıçı Elçin isə yerində duruxub qalır:

– Sən niyə dayanmısan? – deyə Qabil soruşur. Sən də keç prezidiuma. Süleyman öləndən sonra yerinə səni qoyacaqlar. (SON) 


Müşfiq məndən iki kurs yuxarı oxuyurdu. O, kitabxanaçılıqda, mən isə Filologiya fakültəsində. Azərbaycan Dövlət Universitetinin tədbirlərində bir yerdə olurduq. Danışmağa başlayanda bir bənd Cabir Novruzdan olurdusa, növbəti bənd Qabildən, Nəbi Xəzridən, adaşı olduğu Mikayıl Müşfiqdən gəlirdi.

Əsgərlikdən qayıtmışdım. Günlərin bir günü küçədə rastlaşdıq. Gülə-gülə dedi:

–       Mahir, bu gün Qabil əmini sözlə bağladım.

–      Necə?

–      Yazıçıların poliklinikasından çıxanda soruşdu ki, ay Müşfiq, niyə evlənmirsən? Dedim ki, ay Qabil əmi, necə evlənim? Qabaqda Mirzə var, Vüqar var. Onlar evlənsin ki, mənə də növbə çatsın da.
Bunun dalıyca Qabil əmiyə əks sual verdim: - Qabil əmi, bəs Mahir niyə evlənmir? Qabil əmi də fikirləşmədən “Onun da qabağında adam var” cavabı verdi. Sözünü sona çatdırmamış dedim: “Qabil əmi, kim? Sən?”. Day söz deyə bilmədi. “Əla” deyib gülə-gülə getdi.

 

2-ci XATİRƏ: Xızıda Müşfiq Poeziya günləri keçirilir. Rəsmi hissədən sonra meşədə qonaqlıq təşkil olunur. Birdən Qabil Cabir Novruzun kiçik oğlu Müşfiqi yanına çağırır. Müşfiq də ənənəvi mehribanlığı və gülərüzlülüyü ilə tez Qabil əmisinə yaxınlaşır.

– Müşfiq, qulağını bura gətir.

– Eşidirəm, Qabil əmi.

– Burda tualet hardadır? – deyə pıçıldayır.

Demə bu sualı yanında oturan Cabir Novruz da eşidirmiş.

– Ay Qabil, qəribə sual verirsən e uşağa. Meşədə tualet olar? (SON)

 


Elə hey deyirdi:

–      Mahir, düş qabağa,  biz də yardımçın olaq, “Xalq şairlərinin uşaqları” adlı cəmiyyət yaradaq. Sən də ol sədr. Cəmi 23 nəfərik də.

–      Yox, – deyə cavab verirdim.

–      Niyə axı?

–      Çünki Anar imkan verməz.

–      Niyə vermir ki… əksinə kömək edər.

–      Onu bilirəm ki, kömək edər. Amma sədr özü olmaq istəyəcək. Mənə imkan verməz.

–      İnanmıram. Onsuz da o boyda İttifaqın sədrdir Balaca cəmiyyətin sədrliyinə niyə gözü düşməlidir ki?

–      Çünki Anar “dvajdı” Xalq şairi oğludur. Atası Xalq şairi Rəsul Rza, anası Xalq şairi Nigar Rəfibəyli. Biz isə bu şərəfə bir dəfə layiq görülmüşük.

Bu izahımı eşidib gülürdü.

Sonuncu xatirəni isə xatırlatmaq istəməzdim. Amma nə edim ki, yerinə düşür.

 

3-cü XATİRƏ: Müşfiq: - Mahir, tanınmışlardan biri ölmüşdü. Qərar verilmişdi ki, onu 1-ci yox,  2-ci Fəxri xiyabanda basdırsınlar. Xülasə dəfn etdik onu. İndi molla orda oxuyur. Qabil əmi, mən, atam, mərhumun oğlu da dayanmışıq məzarın başında. Qabil əmi duydu ki, bu uşaq nəsə narazıdır. Onu qucaqlayıb:

–      Ay oğul, ürəyini qısma. Axı, nə var 1-ci Fəxri xiyabanda. Şəhərin mərkəzi. Səs-küy, tozanaq. Bax, buranın havası oranın havasından təmizdir. (SON)

 

Bu xatirəni tez-tez danışırdı. Son dəfə dostumuz İlqar Paşazadənin anasını dəfn edəndə, Yasamal qəbiristanlığında bir daha danışdı. Özü də son dəfə danışdı. Mən də son dəfə qələmə aldım. Çünki vida sözü həm də son sözdür.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident akademiklərə 2000 manat maaş kəsdi
17.10.2018, 18:07

Prezident akademiklərə 2000 manat maaş kəsdi

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb
17.10.2018, 18:02

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır
17.10.2018, 17:45

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq
17.10.2018, 17:34

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi
17.10.2018, 17:27

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI
17.10.2018, 17:27

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  
17.10.2018, 17:26

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  

Binəqədidə Müstəqillik günü qeyd olundu
17.10.2018, 17:19

Binəqədidə Müstəqillik günü qeyd olundu

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ
17.10.2018, 17:16

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Manat və dolların sabahkı məzənnəsi
17.10.2018, 17:11

Manat və dolların sabahkı məzənnəsi

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu     
17.10.2018, 17:07

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu  

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək
17.10.2018, 17:02

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı
17.10.2018, 16:40

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ   
17.10.2018, 16:30

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ  

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı
17.10.2018, 16:25

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı

Bakının mərkəzində yol çökdü - FOTOLAR
17.10.2018, 16:11

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  
17.10.2018, 16:06

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  
17.10.2018, 16:00

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  

UNEC sorğunun qalibi oldu
17.10.2018, 15:58

UNEC sorğunun qalibi oldu

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub
17.10.2018, 15:42

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub

Əbülfəs Qarayev şikayətləri dinlədi
17.10.2018, 15:37

Əbülfəs Qarayev şikayətləri dinlədi

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu
17.10.2018, 15:28

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər
17.10.2018, 14:56

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU
17.10.2018, 14:44

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  
17.10.2018, 14:29

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  

Krımda partlayış: 10 nəfər öldü
17.10.2018, 14:28

Krımda partlayış: 10 nəfər öldü

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...
17.10.2018, 14:09

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır
17.10.2018, 13:54

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO
17.10.2018, 13:45

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
17.10.2018, 13:42

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi
17.10.2018, 13:40

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

27900 şüşə saxta aksizli içki aşkarlandı
17.10.2018, 13:33

27900 şüşə saxta aksizli içki aşkarlandı

Yeni il ərəfəsində əfv olmayacaq
17.10.2018, 13:21

Yeni il ərəfəsində əfv olmayacaq

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  
17.10.2018, 13:02

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı
17.10.2018, 12:55

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı   
17.10.2018, 12:49

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı  

Sabah hava necə olacaq? - PROQNOZ   
17.10.2018, 12:39

Sabah hava necə olacaq? - PROQNOZ  

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi
17.10.2018, 12:35

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb
17.10.2018, 12:27

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL   
17.10.2018, 12:24

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL  

Pompeo itən jurnalistlə bağlı Türkiyəyə gəldi
17.10.2018, 12:09

Pompeo itən jurnalistlə bağlı Türkiyəyə gəldi

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələr hədiyyə etdi
17.10.2018, 11:59

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələr hədiyyə etdi

Bu gün yağış, külək davam edəcək
17.10.2018, 11:57

Bu gün yağış, külək davam edəcək

Lənkəranda soyğunçuluq edən saxlanıldı
17.10.2018, 11:55

Lənkəranda soyğunçuluq edən saxlanıldı

Çingiz Qənizadə: “Erməniləri sevən Leyla Yunus kimilər narahatdır”   
17.10.2018, 11:53

Çingiz Qənizadə: “Erməniləri sevən Leyla Yunus kimilər narahatdır”  

Bakıda ağır qəza: avtobus sürücüsü və vəzifəli şəxs həbs edildi - FOTOLAR
17.10.2018, 11:52

Bakıda ağır qəza: avtobus sürücüsü və vəzifəli şəxs həbs edildi - FOTOLAR

Paşinyan baş nazir postuna namizəd olmayacaq
17.10.2018, 11:50

Paşinyan baş nazir postuna namizəd olmayacaq

Arıçı Səbuhi Nəbiyev: “Nəslimiz arı saxlamağa 150 il əvvəl başlayıb”
17.10.2018, 11:44

Arıçı Səbuhi Nəbiyev: “Nəslimiz arı saxlamağa 150 il əvvəl başlayıb”

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı - FOTO
17.10.2018, 11:36

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR
17.10.2018, 11:30

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR

ARXİV