Modern.az

Abbas Bağırov “Maşın”dan uzaqlaşdırıldı

Abbas Bağırov “Maşın”dan uzaqlaşdırıldı

Mədəni̇yyət

11 İyun 2018, 00:19

“Maşın” realiti şousunda daha bir gün geridə qalıb. Modern.az xəbər verir ki, 7 nəfər iştirakçının mübarizə apardığı şouda bu dəfə bloger Hüseyn Əzizoğlu oyunda qalmaq uğrunda mübarizə aparıb.

 

Hədəfini açıqlayan Hüseyn Əzizoğlu səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı verilişdən uzaqlaşdıracağını vurğulayıb. Səsvermənin sonunda 60,30 faiz səs toplayan Hüseyn Əzizoğlu gözlənilmədən müğənni Abbas Bağırovu oyundan uzaqlaşdırıb.

 

Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, bloger Hüseyn Əzizoğlu, müğənni Roza Zərgərli, reper Uran və  aktrisa Pərvin Abıyeva ilə davam edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir