Modern.az

Şimali Koreya lideri Trampı Pxenyana dəvət edib

Şimali Koreya lideri Trampı Pxenyana dəvət edib

11 İyun 2018, 09:46

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məhz Şimali Koreyada danışıqların ikinci raundunu keçirilməsini istəyir.

 

Məlumata görə, bu haqda məlumat iyunun 1-də Şimali Koreya Kommunist Partiyasının sədr müavini Kim Ön Çxolun Trampa təqdim etdiyi məktubda qeyd olunub.  

 

Şimali Koreya ilə ABŞ arasında sabahkı danışıqların mövzusu da açıqlanıb.

Bu barədə Şimali Koreyanın rəsmi Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sammitdə ABŞ və Şimali Koreya arasında geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvəsizləşdirilməsi prosesinin reallaşması diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir