26 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Bizimkilər - “Azadinform”un gəncləri: “Niyaz müəllim bizi geri qaytarmadı...” - FOTOLAR  
Bizimkilər - “Azadinform”un gəncləri: “Niyaz müəllim bizi geri qaytarmadı...” - FOTOLAR  
11.06.2018, 11:09

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... 

 

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Azadinform” İnformasiya Agentliyinin redaksiyanda çalışan gənc jurnalistlərdən bəhs edir.

 

Beləliklə, “Azadinform” İnformasiya Agentliyinin  gənc əməkdaşları ilə tanış olaq.

 

“Redaksiyada heç kimdə paxıllıq yoxdur”

 

Samir Soltanov deyir ki,14-15 yaşlarında jurnalistika sahəsinə maraq göstərib: 


“O vaxtı daha çox ANS telekanalını izləyirdim. Orada işləyən jurnalistlərin danışıq tərzləri, operativ çalışmaları mənə maraqlı gəlirdi. Bu mənim jurnalistika peşəsinə maraq göstərməyimə səbəb oldu. Elə bu həvəs məni Azərbaycan İctimai Siyasi Universitetinin Jurnalistika fakültəsinə gətirdi və oranı bitirdim. Universitetdə mənə  BDU-nun bu sahə üzrə ən savadlı müəllimləri dərs deyib. Onlar hər zaman bu sahəni sevdirməyə çalışdı. Başqasını deyə bilmərəm, amma məndə jurnalistikaya maraq daha da artdı”.

 

Tələbəlik illərindən jurnalistika sahəsində işləmək üçün müəyyən redaksiyalara müraciət edən gənc həmkarımız əvvəlcə “Səs” İnformasiya Agentliyində (SİA) təcrübəçi olaraq çalışıb:

 

“SİA-nın baş redaktoru Bəhruz Quliyev universitetdə müəllimim idi. Müraciət elədim. Sağ olsun, təcrübə keçməyimə icazə verdi. Burada 2 ay fəaliyyət göstərdim. Əsasən idman sahəsindən yazılar hazırlayırdım. İdman sahəsinin redaktoru Elgün bəy mənim müəyyən qədər formalaşmağımda çox böyük zəhmət çəkdi. Daha sonra hazırda çalışdığım “Azadinform” İnformasiya Agentliyinə müraciət elədim. Agentliyin baş redaktoru Niyaz Niftiyev məni geri qaytarmadı. Təcrübəçi kimi işə qəbul elədi, çox şey öyrətdi, hələ də öyrətməyə davam edir. Mən çox sevinirəm ki, jurnalistika sahəsində dərin biliklərə malik olan şəxslərin yanındayam. Hər işdə olduğu kimi, jurnalistika sahəsinin də özünəməxsus çətinlikləri var. Çox sağ olsunlar, çətinlikləri aradan qaldırmaq üçün mənə kömək edirlər. Başqa yerlərdən fərqli olaraq çalışdığım redaksiyada heç kimdə paxıllıq deyilən bir hiss yoxdur. Hər zaman mehribançılıq olub”.

 

S.Soltanov əsasən iqtisadiyyat sahəsi üzrə xəbərlər hazırlayır: 

 

“Gün ərzində dünya və Azərbaycan iqtisadiyyatında baş verən prosesləri işıqlandırıram. İqtisadi proseslərdən asılı olaraq ekspertlərdən açıqlamalar alıram. Bəlkə də hobbi olaraq idmana bağlı olduğum üçün bu sahənin də xəbərlərinə arada göz atıram.

 

Jurnalistika ilə bağlı arzular çoxdur. İnsan gərək çalışsın ki, bu arzuları reallaşdıra bilsin. Mənim səlahiyyətim olsaydı, ilk növbədə telekanallarda daha çox vətənpərvərlik və təhsillə bağlı verilişlərə üstünlük verərdim. Çünki təhsil hər bir ölkənin gələcəyi deməkdir. Vətənpərvərlik mövzusu da aydın məsələdir. Bizim torpaqlarımızın 20%-i işğal altındadır. Övladlarımızı bu ruhda böyütmək lazımdır ki, itirilən torpaqlar haqqında məlumatlı olsun. Hər kəsin şou proqramlara üstünlük verməsi məni narahat edir. Düzdü, bunlar da lazımdır. Amma daha çox dediyim kimi vətənpərvərlik və təhsillə bağlı verilişlərə üstünlük verilməlidir”.

 

“Çətinlik hər zaman var”

 

Agentliyin digər gənc əməkdaşı Ləman Hüseynzadə deyir ki,jurnalistikaya marağı hələ parta arxasında əyləşdiyi ilk günlərdən başlayıb:

 “Evdə, sinifdə o qədər çox danışan, hər məsələyə müdaxilə edən biri idim ki, müəllimim və anam həmişə şikayətlənirdi. Amma bu şikayətlənmə heç vaxt pis istiqamətdə olmurdu. Hətta anam deyirdi ki, dərs vaxtı çatsaydı bu qız gedərdi, başımız sakit olardı. Müəlliməm də çox danışdığım, hər xırda nüansa toxunmağı sevdiyim üçün sinifdə məni gələcəyin Qənirəsi (Qənirə Paşayeva) kimi çağırırdı. Düzdür, o vaxtlar bu mənə xoş gəlirdi. Çünki jurnalistika sahəsində gündəmdə olan əsas insan o idi. Məktəb tədbirlərində aparıcı kimi iştirak etməyim isə məni daha da ruhlandırırdı. Elə istək olaraq da 1-ci sinifdən artıq bütün müəllimlərim bilirdi ki, mən jurnalist olmaq istəyirəm. 11-ci sinifdə ixtisas seçimləri zamanı sinif rəhbərimin təkidinə baxmayaraq, yenə də jurnalistika ixtisasın yazdım və Bakı Slavyan Universitetinin “Jurnalistika” fakültəsinə daxil oldum”.

 

 L.Hüseynzadə öncə təcrübə keçmək məqsədilə “Azadinform” İnformasiya Agentliyinə gəlib:

 

“Tələbə olarkən müəllimlərimiz iş prosesini görmək üçün bizi müəyyən redaksiyalara aparırdılar. Hər apardıqları yerdən də bizə təcrübə keçməyimiz üçün təklif gəlirdi. Amma təəssüflər olsun ki, aramızdan kimsə bu təklifdən faydalanmırdı. Universitet rəhbərliyi ikinci kursda təcrübə keçmək üçün tələbələri 1 ay müxtəlif redaksiyalara göndərirdilər. Mən 5 nəfər tələbə yoldaşımla “Azadinform” İnformasiya Agentliyinə göndərildik. Elə həmin təcrübə günlərindən buradakı mühit mənə çox yaxşı gəlirdi. Hər dəfə gələndə xoş qarşılanırdıq, 1 aylıq vaxtın necə gəlib keçdiyini hiss etmədik. Universiteti bitirəndən sonra redaksiyaya yenidən gəldim və baş redaktor Niyaz Niftiyevə burada yenidən təcrübə keçmək, işləmək istədiyimi bildirdim. O da sağ olsun, bir nəfərin yerinin boş olduğunu bildirdi və mənə öyrənmək üçün şərait yaratdı. İki günlük APA-dakı fəaliyyətimi saymasam, ilk iş yerim “Azadinform” olub və bura artıq mənə çox doğmadır. Çətinlik təbii ki, hər zaman var. Mən də bilmədiklərimi digər yoldaşlarım kimi burdakılardan öyrənməyə çalışmışam.

Müxbirəm və hazırda əsasən sosial sahə üzrə xəbərlər hazırlayıram. Ehtiyac olduğu halda siyasi, dünya xəbərlərindən də yazıram”.

 

Müsahibimiz  jurnalistika ilə əlaqəli arzularından da söz açıb:

 

“Arzudan arzu doğur, yeni arzular formalaşır. Əvvəl jurnalist olmaq arzu idisə, indi də o sahədə hansısa izlər qoymaq istəyimizdir. Səlahiyyətim olsaydı bütün mətbu orqanlarda təcrübəçi jurnalist tələbələr üçün ayrıca bir şöbə yaradardım. Çünki bu, elə bir sahədir ki, universitet nəzəriyyəsi ilə kifayətlənmir. Yəqin siz də bilirsiniz ki, iş üçün müraciət etdiyimiz redaksiyalarda, diploma baxmazdan öncə təcrübəli olub-olmamağımızla maraqlanırlar. Məncə, bu baxımdan redaksiyalarda “Təcrübə şöbəsi” və onun verəcəyi təqdimat sənədi mütləq, eyni zamanda vacibdir”.

 

“O mənim üçün  canlı ensiklopediya sayılır”

 

Eşqin Nuruşovun  jurnalistikaya marağı  10-cu sinifdən sonra yaranmağa başlayıb:

“Bununla bağlı valideynlərimlə, müəllimlərimlə məsləhətləşdim. Sağ olsunlar, mənə mənəvi dəstək oldular. Ali məktəbə qəbul imtahanı zamanı isə arzuma çata bilmədim. Çünki arzum jurnalistika fakültəsi bitirib peşəkar jurnalist olmaq idi. Tale və TQDK (indiki DİM) məni tamam başqa bir sahəyə – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinə atdı (gülür). Amma daxili marağım o qədər güc gəldi ki, müxbir kimi işləyib, heç olmasa “qurdumu” öldürmək qərarına gəldim. Qərarım isə hazırda işlədiyim “Azadinform” İnformasiya Agentliyinə müraciət etməklə nəticələndi.   

 

İlk iş yerim “Azadinform” İnformasiya Agentliyidir. Burda çalışdığım müddətdə jurnalistikaya aid bir çox bilgilərə yiyələnmişəm. Təbii ki, ilk iş yerim olduğu üçün həddindən artıq çətinliklərim oldu. Agentliyin baş redaktoru Niyaz müəllimlə yanaşı, redaktor Adəm müəllim də əlindən gələni əsirgəmədilər. İlk günlərdə yazını yazmaqda çətinliklərim oldu. Çünki mən klaviaturadan tək əllə istifadə edirdim. Bu da məndə müəyyən problemlər yaradırdı. Amma zaman keçdikcə bu problem öz həllini tapdı. Adəm müəllim mənim canlı ensiklopediyam sayılır. Çünki həqiqətən 0-dan nə varsa hamısını o öyrədib. Bu gün də suallarımın cavablarını onda tapıram. Xəbər necə yazılmalıdır, hansı qaydalara riayət etmək lazımdır hamısını mənə o başa salıb. Bunun üçün də, burdan hər ikisinə təşəkkürümü bildirirəm”.

 

E.Nuruşov hələ ki nələrisə öyrənməyə çalışan müxbir olduğunu düşünür:

 

“Daha çox həvəsim sosial mövzulardır. Hər gün olmasa da müəyyən vaxt intervalında yazılarım olur. Bacardığım qədər ölkədə və dünyada baş verən hadisələri oxucularımıza vaxtında çatdırmağa çalışırıq. Təbii ki, bu, hər bir jurnalistin peşə vəzifəsidir.

Hər bir insanın reallaşdırmaq istədiyi arzuları var. Arzular çoxdur amma, hamısı jurnalistika ilə bağlı deyil”. 

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı
26.03.2019, 01:02

Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı

Çin Fransadan 300  "Airbus" alır
26.03.2019, 00:44

Çin Fransadan 300  "Airbus" alır

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma
26.03.2019, 00:29

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma

Avtomobillər qar uçqunu altında qaldı
26.03.2019, 00:14

Avtomobillər qar uçqunu altında qaldı

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı
25.03.2019, 23:57

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı

Suriyada 3 hərbçisi öldü
25.03.2019, 23:42

Suriyada 3 hərbçisi öldü

Türkiyə millisi Moldovaya heç bir şans vermədi
25.03.2019, 23:27

Türkiyə millisi Moldovaya heç bir şans vermədi

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu
25.03.2019, 23:10

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu

Yardımlıya qar yağdı - VİDEO
25.03.2019, 22:56

Yardımlıya qar yağdı - VİDEO

Gəncədə ata və oğlunu maşın vurdu
25.03.2019, 22:43

Gəncədə ata və oğlunu maşın vurdu

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır
25.03.2019, 22:30

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Meyxanaçı Ağakərim barədə üzücü xəbər
25.03.2019, 22:13

Meyxanaçı Ağakərim barədə üzücü xəbər

Türkiyə ABŞ-ın qərarını pislədi
25.03.2019, 22:00

Türkiyə ABŞ-ın qərarını pislədi

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç
25.03.2019, 21:42

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib
25.03.2019, 21:25

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi
25.03.2019, 21:11

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

İsrail ordusu Qəzzanı bombalayıb
25.03.2019, 20:56

İsrail ordusu Qəzzanı bombalayıb

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı
25.03.2019, 20:43

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

Gəncədə ağır qəza: yaralılar var
25.03.2019, 20:27

Gəncədə ağır qəza: yaralılar var

18 nəfər daşqınların qurbanı oldu - VİDEO
25.03.2019, 20:14

18 nəfər daşqınların qurbanı oldu - VİDEO

Azərbaycan millisi Litva ilə bacarmadı
25.03.2019, 20:00

Azərbaycan millisi Litva ilə bacarmadı

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi   
25.03.2019, 17:48

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi  

Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

ARXİV