Modern.az

Məhkumluğu olan sürücülərin işə götürülməsi xəbərinə  rəsmi MÜNASİBƏT

Məhkumluğu olan sürücülərin işə götürülməsi xəbərinə  rəsmi MÜNASİBƏT

11 İyun 2018, 13:34

Üzərində məhkumluğu olan şəxslərin sürücülüyə qəbul edilməməsi barədə fikirlər düzgün deyil.

 

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xiddmətinin rəhbəri Mais Ağayev bildirib.

 

Qurum rəsmisi deyib ki, bu cür şəxslər cəmiyyətə inteqrasiya olunmalıdır:

 

"Dövlətin də bu barədə xüsusi siyasəti var. Məhkumluğu olan şəxsin sürücü kimi fəaliyyət göstərməsinə məhdudiyyət yoxdur. Sadəcə bu məsələyə xüsusi yanaşmalar olmalıdır ki, həmin şəxslərin törətdiyi cinayətə baxılmalı, araşdırılmalıdır. Əgər sürücü təkrar cinayət törədibsə, içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədibsə və bu hadisə çoxsaylı insanların xəsarət almasına səbəb olubsa, həmin sürücünün 3-cü dəfə avtobus idarə etməsi mümkün deyil".

M.Ağayevin sözlərinə görə, istehsalat bazasında başqa bir işlə məşğul ola bilər:

 

“Sürücü kimi sükan rxasında əyləşə bilməz”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI