Modern.az

Sınaq imtahanının cavabları gün ərzində açıqlanacaq

Sınaq imtahanının cavabları gün ərzində açıqlanacaq

11 İyun 2018, 14:19

I-IV ixtisas qrupları üzrə 10 iyun 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, cavablar gün ərzində açıqlanacaq.

 

Hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

 

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> Sual kitabçaları xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

 

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir