Modern.az

Məmurlar rəsmi informasiyanı pulla satacaqlar

Məmurlar rəsmi  informasiyanı  pulla satacaqlar

2 Dekabr 2009, 18:19

Tacikistan prezidenti İmomoli Rəhmon bu günlərdə qəribə qərar verib. Prezidentin fərmanına görə hakimiyyət orqanlarına rəsmi məlumatlar almaq üşün müraciət etmiş vətəndaşlar buna görə pul ödəməlidirlər.  Fərmanda göstərilir ki, məmurlar informasiya əldə etmək üşün müraciət etmiş vətəndaşlardan pul götürə bilərlər. Burada hətta rəsmi sənədin “kopya”sını almaq, informasiyanın şifahi formada verilməsi üçün də məbləğ göstərilir. Məmurlara bir səhifəlk mətnə görə 35 som (8 dollar) almaq icazəsi verilib. İnformasayinın mötəbərliyindən asılı olaraq qiymət də qalxa bilər. Məlumatı BBC yayıb. Tacikistanda işləyən jurnalistlər bundan ciddi narahatlıq keçirirlər.  “Central Asian Nyus” Agentliyi bildirib ki, Düşənbədə heç də bütün qəzetlər bu pulu ödəyə bilməyəcək.  

Amma Tacikstanın Daxili İşlər Naziriliyinin nümayəndəsi Dövlətəli Nazriyev bildirib ki,  informasiya almağa görə pul vermək KİV-in fəaliyyətinə təsir etməyəcək. Onun sözlərinə görə, jurnalistlər əvvələr olduğu kimi yenə də informasiyaları dövlət orqanlarından pulsuz ala biləırlər.

 

Qeyd edək ki, Tzcikistanda  orta aylıq əmək haqqı 40 dollardır. Əhalinin  tən yarısı yoxsulluq həddində yaşayır

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir