Modern.az

ABŞ və SSRİ-nin İran PLANI - Pişəvəri hökumətini kim devirmişdi?

ABŞ və SSRİ-nin İran PLANI - Pişəvəri hökumətini kim devirmişdi?

11 İyun 2018, 15:16

Məşhur iranlı tarixçi və radio aparıcısı Xosrov Motazadə İran-ABŞ münasibətləri ilə bağlı maraqlı açıqlamalar verib.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Motazadə İkinci Dünya Müharibəsi başa çatdıqdan həmən sonra İranın ABŞ tərəfindən 7 yerə bölünməsi barədə müzakirələrin aparıldığını deyib. O, müharibə zamanı Rza şah Pəhləvinin faşistyönlü siyasətinin böyük dövlətləri narazı saldığını və məhz bu səbəb görə 1941-ci ildə ölkənin Böyük Britaniya və SSRİ işğalına məruz qaldığını yazır.  

 

Tarixçinin fikrincə, 1945-ci ildə Sovet İttifaqı öz qüdrətinin zirvə çağında olan zaman ABŞ dövlət katibi Ceyms Bronz İranı parçalamaq üçün ilk dəfə təklif vermişdi.


“Ruzveltin ölümündən sonra ABŞ İranı SSRİ ilə aralarında müharibəyə səbəb olacaq ərazi kimi görmürdü. İtaliya və Yaponiya ilə müharibələrədə böyük güc sərf edən Ağ Ev İranı 7 dövlətə parçalamağı arzulayırdı.

 

1945-ci ildə Bronzanın məktubu ictimaiyyətə ilk dəfə məlum oldu. Həmin məktubu ilk dəfə “Dərya” qəzetində çap ediblər. İranın gələcək baş naziri Məhəmməd Mossadık məktubu parlamentdə oxuyaraq ağlayır və həmin vaxtkı baş nazir İbrahim Hakimini məktubu qəbul edərək ölkənin suverenliyini təhlükə altına almaqda ittiham edir.

 

Sovet İttifaqı da qısa zamanda Kürdüstan və Cənubi Azərbaycanı İranın nəzarəti altından çıxara biləcəyinə və regionda kommunizmi yaya biləcəyinə əmin olduğu üçün ABŞ-ın təklifini geri çevirmişdi. Lakin Mossadıkın məktubun mətnini ictimailəşdirməsi məsələnin müzakirəsinə son qoymuşdu.

 

2 il sonra ABŞ-ın Asiyadakı siyasi xətti tamamilə dəyişdi. Ard-arda 7 Asiya ölkəsinin kommunist respublikasına çevrilməsindən sonra Harri Trumen İrana özünün ən etibarlı şəxslərindən biri sayılan Corc Alleni göndərdi. Azərbaycanlı separatçılarla döyüşlərdə ABŞ Tehran hakimiyyətinə dəstək oldu. İrana tank, aviasiya və maliyyə resursları ayrılmışdı. Nəticədə, Cənubi Azərbaycandakı Pişəvəti hökuməti məğlub olaraq, SSRİ-yə sığınmalı oldu.

 

SSRİ-yə gələn İran baş naziri Əhməd Qavam Əs-Saltan uzun müddət Stalinlə görüşməyə can atmışdı. Arzusuna çatdıqdan sonra o, hiylə işlədərək Stalini qoşunları Cənubi Azərbaycandan çıxarmasına nail olmuşdu”.

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?