Modern.az

Ekspert: “O bağçanın lisenziyasız fəaliyyətinə göz yumanlar olub”  

Ekspert: “O bağçanın lisenziyasız fəaliyyətinə göz yumanlar olub”    

Aktual

12 İyun 2018, 12:20

“Kids Studio” uşaq bağçasında azyaşlıların tərbiyəçi tərəfindən zorakılığa məruz qalmaları bir sıra vacib məqamları yenidən gündəmə gətirib.


Modern.az
-ın məlumatına görə, iqtisadçı Vüqar Bayramov da məsələyə biganə qalmayıb. Ekspert bildirib ki, bağçanın indiyədək lisenziyasız fəaliyyət göstərməsinə göz yumanlar olub:


“Bağça əməkdaşının azyaşlı uşağa qarşı aqressiv davranışı vandalizmlə müqayisəyə gələcək bir hadisə olsa da, indi bunu müzakirə etməyəcəyəm. Güman edirəm ki, hüquq-mühafizə orqanları həmin bağçada uşaqlara qarşı daha hansı aqressiyanın olub-olmadığını araşdıracaqlar.

Bununla belə, məsələnin institutsional tərəfləri var. Əvvəlla, necə olub ki müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar da belə, İspan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib?!

Lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyyəyə malik olmaq deməkdir. Buna rəğmən, qəribə olsa da bu yarışıqlı uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb”.


V.Bayramov özəl uşaq bağçaları daxil olmaqla digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişkliyə ehtiyac olduğunu vurğulayıb:


“Uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsidir və mülkiyyət növündən asılı olmayaraq onların yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var. Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərli deyil. Eyni zamanda, uşaq bağçaları daxil olmaqla bütün təhsil müəssisələrində ictimai nəzarət gücləndirilməlidir. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir- xüsusən də təhsil müəssisələrində. Buna görə də, həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı