Modern.az

Oteli onun sahibinə satmaq istəyən fırıldaqçılar saxlanıldı

Oteli onun sahibinə satmaq istəyən fırıldaqçılar saxlanıldı

12 İyun 2018, 15:56

Türkiyədə bu dəfə beş ulduzlu otelin VİP otağını otelin satış müdirinə satmaq istəyən fırıldaqçılar ifşa olublar.

 

Modern.az “Miliyet” qəzetinə istinadən xəbər verir ki, bu fırıldağın üstünü otelin işçiləri açıb.

Otelin sosial şəbəkələrdəki hesablarına uyğun adla virtual satış həyata keçirən fırıldaqçıları otelin satış müdiri Murat Kuday aşkara çıxarıb.

Kuday, fırıldaqçıların otelin rəsmi sosial şəbəkələrdəki hesablarından otaqların şəkillərini köçürüb, otelin adının önünə 1 və ya 2 kimi rəqəmlər yazaraq ona bənzər səhifələr yaratdıqlarını bildirib.

 

“Otelimizin rəsmi sosial şəbəkə hesabının surətini çıxarıblar. Otelin adının önünə 1 və ya 2 kimi rəqəmləri qoyaraq öz otelləri kimi satışa çıxarıblar. Biz vəziyyətin fərqinə vardığımız  anda dərhal müdaxilə etdik. Lazımi orqanlara şikayət etmişik. Vətəndaşlara bu vəziyyəti başa salmaq üçün sosial şəbəkə hesabımızda elan vermişik” – Kuday qeyd edib.

 

Səhifədəki ünvan, məlumatlar və şəkillərin otelə aid olduğunu görən satış müdiri telefon nömrələrinin fərqli olduğuna diqqət yetirib. Daha sonra fırıldaqçıyla əlaqə yaradan Kuday ondan otaq sifariş etməyə çalışıb. İş hətta “Whatsapp”la sifarişi verib pul ödənişinin tələbinə qədər gəlib çıxıb.

 

Bu yolla başqa bir otelin otaqlarının virtual satışı ilə məşğul olan fırıldaqçıların qurbanlarının yüzlərcə insan olduğu düşünülür.

Bu cür fırıldaqlara tuş gəlməmələri üçün vətəndaşlardan otellərin səhifələrinin doğruluğunu yoxlamaları xahiş olunur.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir