Modern.az

ABŞ Rusiya ilə sərhəddə hərbçilərinin sayını artıracaq 

ABŞ Rusiya ilə sərhəddə hərbçilərinin sayını artıracaq 

12 İyun 2018, 16:39

Norveç ABŞ hərbçilərinin ölkədəki sayını artırmaq və hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir.

 

Modern.az Norveç müdafiə nazirliyinə istinadən xəbər verir ki, iki ölkə bu barədə yeni müqavilə bağlamaq niyyətindədir.

 

Yeni müqavilənin şərtlərinə görə hazırda ölkədəki sayı 330 olan ABŞ dəniz piyadalarının sayı 700-ə çatdırılacaq.

Bundan əlavə hərbçilər krallığın Rusiya ilə sərhədində yerləşdiriləcək və daha 5 il müddətinə bu ölkədə qalmaq hüququ əldə edəcəklər.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir