Modern.az

Trampın qızı və kürəkəni 1 ilə 40 milyon dollar qazanıblar

Trampın qızı və kürəkəni 1 ilə 40 milyon dollar qazanıblar

Dünya

12 İyun 2018, 16:46

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşner 2017-ci ildə sərvətlərini xeyli artırıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Ağ Evdə prezidentin məsləhətçisi vəzifələrində olduqları üçün bütün məmurlar kimi gəlir və əmlak bəyannamələrini ictimaiyyətə təqdim ediblər.

 

Maliyyə sənədindən aydın olur ki, 2017-ci ilin sonu üçün İvanka Tramp-cared Kuşner cütlüyünün sərvəti 740 milyon dollara çatıb. Bu 2016-cı ildəki göstərici ilə müqayisədə 40 milyon dollar çox deməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir