Modern.az

Bakı metrosunda relsə çıxan qız - “Təhlükəli kadr”ın necə çəkilidiyi açıqlandı - FOTO

Bakı metrosunda relsə çıxan qız - “Təhlükəli kadr”ın necə çəkilidiyi açıqlandı - FOTO

Aktual

12 İyun 2018, 16:54

“Bakı Metropoliteni” QSC sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən xanımın “Nərimanov” stansiyasında relslərin üzərində çəkilmiş şəkillərinə aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, bu, film çəkilişlərindən olan kadrlardır:

 

““Addım” gənclər təşkilatının müraciəti və "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında “Qaynana” filminin çəkilişləri aparılıb.

 

B.Məmmədov deyib ki, fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir:


“Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir