Modern.az

Avropada Məhəmməd peyğəmbərə qarşı iyrənc TƏXRİBAT  

Avropada Məhəmməd peyğəmbərə qarşı iyrənc TƏXRİBAT  

13 İyun 2018, 10:44

Hollandiyada müsəlmanların peyğəmbəri Məhəmməd (s.ə.s) peyğəmbərin təsviri üzrə karikatura yarışı elan olunub.

 

Modern.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, yarışın təşkilatçısı irqçilik və immiqrantlara qarşı sərt siyasəti ilə tanınan Hollandiyanın “Azadlıq” partiyasıdır.

 

Yarış Hollandiya parlamentində Geert Vildersin rəhbərliyi ilə yaxın aylarda keçiriləcək.

Vilders Hollandiyada yaşayan müsəlman və immiqrantlara qarşı çox sərt siyasət tərəfdarı olması məşhurdur.

 

O dəfələrlə ölkədə müsəlmanların müqəddəs kitabı “Qurani Kərimin” qadağan edilməsi haqda çaöırışlar edib. Vildersin sözlərinə görə Hollandiyanın terrorla mübarizə agentliyi olan “NCTV” də yarışın keçirilməsinə razılıq verib.

Yarışın münsiflər heyətinin başında ABŞ-ın Texas ştatında təşkil edilən analoji yarışın qalibi Boş Favstin olacaq.

 

Qeyd edək ki, 2005-ci ildə Danimarkada Məhəmməd (s.ə.s) peyğəmbərin təsvirinin nəşr olunması ilə Müsəlman ölkələrində kütləvi etiraz mitinqləri keçirilib. 2015-ci ildə isə Fransanın “Charlie Hebdo” nəşrində analoji karikaturaların nəşr olunması terror hadisəsi ilə müşaiyyət olunub. Partlayış nəticəsində nəşrin 12 işçisi həyatını itirib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir