Modern.az

Jurnalist binalarına ŞAD XƏBƏR - İşıqfor Ramazan bayramından sonra işləyəcək  

Jurnalist binalarına ŞAD XƏBƏR - İşıqfor Ramazan bayramından sonra işləyəcək  

13 İyun 2018, 12:25

Mətbuat işçilərinin Bibiheybətdə - Yeni Salyan yolu 22 ünvanında  tikilmiş yaşayış binaları yol probleminə görə təhlükəli zona hesab olunurdu. Bu baxımdan jurnalistlər dəfələrlə piyada keçidinin çəkilməsi, işıqforun, dayancağın qoyulması ilə bağlı müvafiq qurumlara müraciət ediblər. Problem dəfələrlə işıqlandırılandan sonra müvafiq qurumlar əraziyə baxış keçirdilər və həmin ərazidə işıqfor quraşdırıldı.

Modern.az saytının məlumatına görə, ərazidə  işıqfor quraşdırılsa da, hələ ki işləmir.

Bina sakini, “Avtosfer.az”ın redaktoru Elməddin Muradlı saytımıza bildirib ki, sakinlər təxminən 10 gün ərzində işıqforun işlədiyinin şahidi olaclar:

“Bildiyiniz kimi işıqfor Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Siqnal”  idarəsi tərəfindən həmin ərazidə quraşdırılıb. Artıq bəzi müayinə işləri aparılıb. Eyni zamanda, elektrik enerjisinin digər işıqforla birlikdə tənzimlənməsi, ötürülməsi də  təmin edilib.

Yolun o biri tərəfində olan işıqforların naqillərini birləşdirmək üçün yolu bir xətt üzrə eninə qazmaq  lazım idi. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  buna icazə vermirdi. Nəhayət ki, bu məsələ də həll edildi. İşıqfor artıq hazırdır. Mən elə dünən BDYPİ ilə  əlaqə saxladım. Bildirdilər ki, Ramazan bayramından sonra - hardasa ayın 22-nə kimi məsələ həll olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı