23 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Gömrük Komitəsindən dərman mafiyasına XƏBƏRDARLIQ
Gömrük Komitəsindən dərman mafiyasına XƏBƏRDARLIQ
13.06.2018, 14:23

 

Dövlət Gömrük Komitəsi Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib satışını təşkil edən, nəticədə əhalinin sağlamlığına təhdid yaradan şəbəkəni ifşa edilməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə danışan Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov bu kimi halların kütləvi xarakter almadığını bildirib:

“Hazırda bu məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmalar başa çatdıqdan sonra Komitə olaraq, biz də məsələyə münasibət bildirəcəyik. Hələlik araşdırma getdiyindən hər hansı fikir söyləmək çətindir”.

Komitə rəsmisi qeyd edib ki. Azərbaycana dərman vasitələrinin gətirilməsi yalnız Səhiyyə Nazirliyinin xüsusi idarəsinin rəsmi icazə sənədi əsasında mümkündür:

“Həmin sənəd dərmanların adı, miqdarı, tərkibi yazılmaqla təqdim olunur. O sənəd əsasında malın gömrük rəsmiləşməsi həyata keçirilir. Sənəd olmadan malın gömrükdən keçirilməsi mümkünsüzdür.

 

Görünür sözügedən dərmanlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib. Buna sırf hüquq mühafizə orqanları tərəfindən qiymət veriləcək. Mən gömrük qanunverciliyində nəzərdə tutulanları xatırlatdım. Onu da qeyd edim ki, qanun ona tabe olanlar üçün yazılıb. Qanuna tabe olmayanlar üçün isə qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulub”.

 

Baş Prokurorluğun mayın 30-da yaydığı məlumatlara görə, Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

 

Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

 

“Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar veriblər, nəticədə idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub»-Baş prokurorluq qeyd edir.

Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri də müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.

Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.

 

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
23.10.2018, 16:26

ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ   
23.10.2018, 16:24

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ  

158 min ton pambıq yığılıb
23.10.2018, 16:15

158 min ton pambıq yığılıb

Deputatlara yeni məhdudiyyətlər qoyulur
23.10.2018, 16:08

Deputatlara yeni məhdudiyyətlər qoyulur

Alman qəzeti Qarabağda yaşayan suriyalı muzdlular haqqında YAZDI
23.10.2018, 16:01

Alman qəzeti Qarabağda yaşayan suriyalı muzdlular haqqında YAZDI

Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə - MÜSAHİBƏ
23.10.2018, 15:59

Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə - MÜSAHİBƏ

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib
23.10.2018, 15:58

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib

Rövşən Rzayev vətəndaşları qəbul etdi
23.10.2018, 15:53

Rövşən Rzayev vətəndaşları qəbul etdi

“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
23.10.2018, 15:50

“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

Ədəbi parıltı və ya təşəbbüsdən doğan arzular
23.10.2018, 15:50

Ədəbi parıltı və ya təşəbbüsdən doğan arzular

Qanunvericilik və icra orqanlarının saxlanılmasına 800 milyon manat xərclənəcək
23.10.2018, 15:44

Qanunvericilik və icra orqanlarının saxlanılmasına 800 milyon manat xərclənəcək

Nazirlikdən külək xəbərdarlığı   
23.10.2018, 15:43

Nazirlikdən külək xəbərdarlığı  

2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI 
23.10.2018, 15:35

2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI 

Mehriban Xanlarovanın qalmaqallı verilişi bağlandı
23.10.2018, 15:27

Mehriban Xanlarovanın qalmaqallı verilişi bağlandı

Baş Prokurorluq sabiq MTN-çi ilə bağlı iddiaları cavablandırdı
23.10.2018, 15:20

Baş Prokurorluq sabiq MTN-çi ilə bağlı iddiaları cavablandırdı

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ
23.10.2018, 15:11

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ

Nazirlik 78 insan alveri qurbanına yardım göstərib
23.10.2018, 15:01

Nazirlik 78 insan alveri qurbanına yardım göstərib

Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır
23.10.2018, 14:57

Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır

Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı
23.10.2018, 14:55

Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı

Robot “Sofiya”: “İlham Əliyevlə görüşdən məmnun oldum”
23.10.2018, 14:52

Robot “Sofiya”: “İlham Əliyevlə görüşdən məmnun oldum”

Naqif Həmzəyev: Gənclərimizlə qürur duyuruq
23.10.2018, 14:45

Naqif Həmzəyev: Gənclərimizlə qürur duyuruq

19 dövlət əmlakı özəlləşdirildi - FOTO
23.10.2018, 14:39

19 dövlət əmlakı özəlləşdirildi - FOTO

ARXİV