Modern.az

Süni intellekt gələcək Dünya Çempionunun adını çəkdi

Süni intellekt gələcək Dünya Çempionunun adını çəkdi

Dünya

13 İyun 2018, 14:24

Süni intellekt Rusiyada keçirilən Futbol üzrə dünya çempionatının qalibini təxmin edib.

 

Modern.az “ArXiv.org” saytına istinadən xəbər verir ki, Almaniyanın Dortmund Texniki Universitetinin tədqiqatçıları kubokun nəticələrini proqnozlaşdırmaq üçün neyron şəbəkəsi yaradıblar.

Bu şəbəkə sayəsində süni intellekt kubokun qalibini müəyyənləşdirə bilib.

 

Süni intellekti bu şəbəkəni öyrətmək üçün alimlər “təsadüfi meşə” (random firest) alqoritmindən istifadə ediblər.

Bu alqoritm istehsalatda və proqnozlaşdırma üçün məlumatların analizində istifadə olunur.

Məlumatların analizi üçün təməl baza kimi 2002-2014-cü illərin çempionatlarının nəticələri götürülüb.

 

Birinci dəfə ÜDM və ölkə əhalisi, milli komandaların reytinqi, komandaların xüsusiyyətləri kimi atributları nəzərə alaraq süni intellekt (Sİ) 17,8 faiz ehtimalla İspaniya yığmasını qalib seçib.

 

Ancaq, çempionatın müxtəlif mərhələlərində komandaların 100 min mümkün qələbə variantlarını öyrəndikdən sonra Sİ bu dəfə qalib kimi Almaniya yığmasını seçib. Amma proqnoza görə Almaniya ¼ finalda İspaniya yığmasını məğlub edərsə qalib olacaq.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir