Modern.az

Səfirliyə şübhəli zərflər göndərildi – Polis çağırıldı

Səfirliyə şübhəli zərflər göndərildi – Polis çağırıldı

13 İyun 2018, 14:27

Moskvadakı Polşa səfirliyinə içərisində tərkibi bilinməyən toz olan iki zərf çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

“Naməlum şəxslər Klimaşkina küçəsində yerləşən Polşa səfirliyinə içərisində naməlum toz olan iki zərf göndəriblər” – mənbədən bildirilib.

 

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı ilkin araşdırma aparırlar.

Qeyd edək ki, bu ilin fevral ayında da analoji olaraq Moskvada yerləşən bir sıra xarici səfirliklərə içərisində naməlum tərkibli bəyaz toz olan zərflər göndərilib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir