Modern.az

Prokurorluğun günahlandırdığı deputat Modern.az-a DANIŞDI  

Prokurorluğun günahlandırdığı deputat Modern.az-a DANIŞDI   

13 İyun 2018, 15:12

Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri Temur Abazov və Gürcüstan parlamentinin deputatı Azər Süleymanov rayon sakini Elçin Abdullayevə qarşı təhqiredici hərəkətlər törətməkdə ititham olunurlar. Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat açıqlayıb.

Qurum rəsmiləri Rustavi şəhərində həftənin çərşənbə günü keçirdikləri mətbuat konfransında açıqlayıblar ki, bəzi səlahiyyətli şəxslər Elçin Abdullayevə qarşı fiziki zorakılıq törədib və alçaldıcı hərəkətlərə yol veriblər.

İttiham təsdiqlənərsə, Temur Abazovu həbs gözləyir. Baş Prokurorluq bəyan edib ki, Azər Süleymanovun deputat kimi toxunulmazlığı var. Əgər ittiham sübuta yetirilərsə, Azər Süleymanov mandatından məhrum edilə və həbs oluna bilər.


Modern.az saytı məsələ ilə bağlı Azər Süleymanovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, yayılan xəbərlərdə qərəz var.

“Marneulidə baş vermiş instidentdə mənim də adımı hallandırırlar. Guya, Elçin Allahverdiyevin alçaldılaraq üzr istənildiyi hadisənin videosunda mən də varam. Gürcüstan hökumətində  aləm bir-birinə qarışıb. Silahı kiminsə kürəyinə vurmaq istəyirlər. Ona görə də mənim adımı hallandırırlar”.

Qeyd edək ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış videogörüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.
 
İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyev "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E.Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Videogörüntüdə T.Abazovun da olduğu iddia olunur.
 
Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. 

T.Abazov öz növbəsində videogörüntülərdən xəbəri olmadığını bildirib.
E.Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib. 

Qeyd edək ki, videogörüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi