Modern.az

Kim Çen In Pxenyana dönüb

Kim Çen In Pxenyana dönüb

13 İyun 2018, 17:33

Şimali Koreya lideri Kim Çen Inın şəxsi təyyarəsi Pxenyan hava limanına uğurlu eniş edib.

 

Modern.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.

 

Agentliyin məlumatına görə Kim Çen Inın təyyarəsi Pxenyan hava limanına yerli vaxtla saat 7-də ( bakı vaxtı ilə 02:00) eniş edib. Lakin Şimali Koreyanın mərkəzi televiziyası hadisəni 12 saat gec yayımlayıb.

Yayım zamanı Kim Çen In Koreya yarımadası ətrafındaki geosiyasi vəziyyəti həll etdiyi və ABŞ-la əlaqələrdə yeni bir fəsil açdığı üçün təriflənib.

 

Onu hava limanına Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan və təhsil naziri On E Kun yola salıblar.

 

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ və Şimali Koreya liderinin tarixi görüşü baş tutub. Görüşün nəticəsi kimi hər iki dövlət arasında sənəd imzalanıb.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir