Modern.az

Bolqarıstan Azərbaycan qazı almaqda maraqlıdır

Bolqarıstan Azərbaycan qazı almaqda maraqlıdır

13 İyun 2018, 20:45

Bolqarıstan ölkənin qazpaylayıcı şəbəkəsinə Azərbaycan investisiyalarında maraqlıdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə Bolqarıstan Energetika Nazirliyindən bildiriblər.

Qurumdan deyilib ki, Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) investisiyaları hər iki tərəf üçün səmərəli olardı: "Çünki IGB interkonnektoruna Azərbaycan qazı daxil olacaq".

Qeyd olunub ki, Bolqarıstan əhalisinin yalnız 3-4 faizi təbii qazdan istifadə edir.

Nazirlikdən deyiblər ki, SOCAR-a qazlaşdırma üçün rayonları özünün seçməsi təklif olunacaq.

Qeyd edək ki, IGB kəməri "Şahdəniz" yatağından Avropa bazarlarına qazın nəql olunacağı TAP boru kəmərinə qoşulacaq, bununla da Bolqarıstanın Azərbaycan qazı almasına imkan verəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir