Modern.az

Prezident ölkənin adının dəyişdirilməsini rədd edib

Prezident ölkənin adının dəyişdirilməsini rədd edib

13 İyun 2018, 21:58

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu müqavilə cəmiyyəti birləşdirmək əvəzinə, onu ayırır.

Prezident qeyd edib ki, Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacaq.

 

Qeorqe İvanovun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur: “Makedoniyanın NATO və Avropa İttifaqına can atması bu addıma haqq qazandırmır. Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.

 

Qeyd edək ki, bundan əvvəl Yunanıstan və Makedoniya arasında Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair razılığın əldə olunduğu bildirilirdi. Makedoniyanın baş naziri Zoran Zayev ölkənin Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir