Modern.az

FED uçot dərəcəsini artırdı - Dollar bahalaşacaq?

FED uçot dərəcəsini artırdı - Dollar bahalaşacaq?

İqtisadiyyat

13 İyun 2018, 22:15

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0 faizədək  artırıb.

 

Qeyd edək ki, bundan əvvəl FED  martın 21-də  uçot dərəcəsini artırıb.

 

 Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!