Modern.az

Mərkəzi Bankın sədri inflyasiyaya dair proqnoz verdi  

Mərkəzi Bankın sədri inflyasiyaya dair proqnoz verdi   

14 İyun 2018, 10:36

“İnfilyasiya proqnozunu hökumət və biz hazırlayırıq. Hazırda isə biz bu proqnozu dəyişmirik. Bildiyimiz kimi, qarşıdan yay mövsümü gəlir və inflayasiyanın azalacağı mümkün deyil”.

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O, bildirib ki, Azərbaycan Mərkəzi Bankı hələ ki inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir.

“Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək.
Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər inflyasiyanın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi, birrəqəmli səviyyədə olacağı gözlənilir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi