Modern.az

Məhbuslar Dünya Çempionatına görə aclıq aksiyası keçirdi

Məhbuslar Dünya Çempionatına görə aclıq aksiyası keçirdi

14 İyun 2018, 10:59

Argentinada məhbuslar 2018 Dünya Çempionatına baxmalarına icazə verilməsi üçün aclıq aksiyası keçirirlər.

 

Modern.az “Sovetskiy Sport”a istinadən xəbər verir ki, hadisə Argentinanın Puerto-Madrin şəhər həbsxanasında baş verib.

“Publimetro” nəşrinin məlumatına görə həbsxanada artıq 3 gündür ki, televiziya kabeli zədələnib. Müəssisənin əməkdaşları isə onu təmir etmək istəmirlər.

 

“Biz bu problemin həllinə qədər günorta və axşam yeməklərindən imtina etmək qərarı qəbul etmişik” – məhbuslar bəyan ediblər.

 

Şəhər məhkəməsi bu işə baxmaqdan imtina edib.

Qeyd edək ki, Argentina yığması D qrupunda İslandiya, Xorvatiya və Nigeriya ilə qarşılaşacaq.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir