Modern.az

Bakı metropoliteni gücləndirilmiş rejimdə çalışacaq

Bakı metropoliteni gücləndirilmiş rejimdə çalışacaq

14 İyun 2018, 10:58

Bayram günləri metropoliten xüsusi rejimdə işləyəcək.

 

"Bakı Metropoliteni" QSC-dən Modern.az-a verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.

 
Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir