Modern.az

Millət vəkili Azay Quliyev seçicilərilə görüşüb

Millət vəkili Azay Quliyev seçicilərilə görüşüb

2 Dekabr 2009, 22:54

Milli Məclisin üzvü Azay Quliyev dekabrın 2-də deputat seçildiyi 46 saylı Şirvan Seçki Dairəsində seçicilərlə görüşərək onları narahat edən məsələlərlə maraqlanıb.
Modern.az xəbər verir ki, yerli icra strukturlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə seçicilər daha çox son günlər mənzillərə təbii qazın verilməməsindən şikayətləniblər. Millət vəkilinin
bu problemə reaksiyası xeyli operativ olub. Belə ki, A.Quliyev elə yerindəcə şəhər Qaz istismar idarəsinin rəhbərliyilə əlaqə saxlayaraq seçiciləri narahat edən bu məsələnin çözülməsinə çalışıb. Bundan sonra o, seçiciləri əmin edib ki, dekabrın 4-də günün ikinci yarısınadək mənzillərər təbii qazın verilməsi bərpa olunacaq.
Deputat seçki dairəsinin ərazisində yaşayan sakinlərin digər problemlərini dinləyib, müraciətləri cavablandırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır