Modern.az

Hədə-qorxu ilə pul tələb edən tutuldu

Hədə-qorxu ilə pul tələb edən tutuldu

Aktual

14 İyun 2018, 11:48

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.

ŞPŞ-də araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!