Modern.az

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

14 İyun 2018, 11:49

İyunun 9-na keçən gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

 

Modern.az xəbər verir ki, bu barədə daxil olmuş məlumatla əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə “VAZ-21015” markalı avtomobillə törədildiyi müəyyən edilib.

 

 

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən  Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir