Modern.az

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

14 İyun 2018, 12:04
Azərbaycanda əhalinin sayı 25018 nəfər artaraq 2018-ci ilin may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.
 
 
Əhalinin 52,9 %-i şəhər, 47,1%-i kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 846 əkiz, 33 üçəm körpə doğulub.

Dörd ay ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. 

Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir.

Qeyd edək ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edir. Hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?