Modern.az

Türkiyə ABŞ-dan F-35 təyyarələri alacaq

Türkiyə ABŞ-dan F-35 təyyarələri alacaq

Aktual

14 İyun 2018, 12:23

Rəsmi Vaşinqton Türkiyənin Rusiyada alacağı S-400-lərə görə narazıçılığına baxmayaraq F-35 qırıcılarının ilk nümunəsini Türkiyəyə təhvil verəcək.

 

Modern.az “Defense News” nəşrinə istinadən xəbər verir ki, Türkiyə bu beşinci nəsil qırıcıların ilk nümunəsini iyunun 21-də təhvil alacaq.

Qəzetə bu məlumatı həmin qırıcıların istehsalçısı olan “Lockheed Martin” şirkətinin bəyanatına istinadən verib.

 

Bəyanata görə F-35-lərin yığıldığı Texas ştatının Fort-Uort şəhərində Türkiyə üçün nəzərdə tutulmuş ilk nümunənin yığılması ilə əlaqədar mərasimə hazırlıq görülür.

“F-35 proqramı çərçivəsində şirkətdə hər dəfə ABŞ və ya xarici ölkə üçün nəzərdə tutulmuş F-35 qırıcısının  ilk nümunəsi yığılması şərəfinə ənənəvi olaraq mərasim təşkil edilir. Bu mərasim Türkiyə üçün iyunun 21-nə planlaşdırılmış ilk F-35-in yığıldığı üçündür” – bəyanatda deyilir.

 

Bəyanatda həmçinin bildirilib ki, bu qırıcı daha sonra Arizona ştatındakı Hərbi Hava Qüvvələrinin (HHQ) Lyük bazasına aparılacaq. Burada gözləyə türk pilotlar bu yeni qırıcılardan istifadə üçün təlimə qatılacaqlar.

 

Qeyd edək ki, mayın axırlarında ABŞ Konqresi Türkiyənin S-400-ləri alması ilə əlaqədar Müdafiə nazirliyinin qarşısına bu barədə xüsusi hesabat hazırlamağı tapşırıb. Tapşırığa görə ABŞ müdafiə nazirliyi xüsusi hesabatı təqdim etmədən Türkiyə F-35-lərin birbaşa təhvil verilməsi hüququndan məhrum edilir. Bu səbəbdən 100 ədəd qırıcı almağı planlaşdıran və buna görə ödəniş edən Türkiyə hökuməti haqlı olaraq öz narazılığını bildirdi.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir