Modern.az

Azərbaycan Gürcüstanla sərhəddə yeni keçid məntəqəsi tikəcək  

Azərbaycan Gürcüstanla sərhəddə yeni keçid məntəqəsi tikəcək   

14 İyun 2018, 13:19

Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək.

Modern.az-ın məlumatına görə, bunu bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov bildirib. Onun sözlərinə görə, yeni sərhəd keçid məntəqəsi Ağstafa rayonun Sadıxlı kəndinin ərazsində yerləşəcək və Asiya İnkişaf Bankının dəstəyi ilə inşa ediləcək.


“Yeni sərhəd keçid məntəqəsi bütün xidmətləri əhatə edəcək. Buradan həm piyada, həm də minik və yük avtomobilləri istifadə edəcəklər”.

S.Qaralov bildirib ki, buna yeni iqtisadi səbəblər mövcuddur: “Bütün dövlət qurumları bu məsələ ilə bağlı artıq razılıq veriblər. Yeni sərhəd keçid məntəqəsinin inşa edilməsi Azərbaycanla Gürcüstan arasında yerləşən “Sınıq körpü” sərhəd keçid məntəqəsindəki sıxlığı 40 faiz aradan qaldıracaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?