Modern.az

Büdcədən şəhid ailələrinə 58 milyon da ayrılacaq

Büdcədən şəhid ailələrinə 58 milyon da ayrılacaq

Aktual

14 İyun 2018, 13:32

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlqədar 2018-ci ilin dövlət büdcəsindən əlavə vəsait ayrılacaq.


Modern.az-ın
məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş  hərbi qulluqçuların  ailə  üzvlərinin  sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı  əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tədbirlərin maliyyə  təminatı üçün 58,3 milyon  manat vəsait nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı