Modern.az

Yol polisi Bakıda “Son zəng”ə gələn 300 sürücüyə protokol YAZDI  

Yol polisi Bakıda “Son zəng”ə gələn 300 sürücüyə protokol YAZDI  

14 İyun 2018, 13:39

“Polis bu gün gücləndirilmiş iş rejimində çalışır. “Son zəng”lə bağlı təbdirlər və onlara bitişik ərazilər əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Bu saata qədər yalnız 2 cüzi maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.


O bildirib ki, indiyə kimi məktəblər ətrafında dayanma-durma və parklanma tələblərini pozanlarla əlaqəli 300-dən artıq protokol tərtib edilib.


“Belə qayda pozanlar daha çox “Son zəng”in keçiridiyi və onlara bitişik küçələrdə qeydə alınır. Sürücülərimiz intizamlı olmağa çalışsınlar. Öz rahatlıqları üçün başqalarına maneçilik yaratmamalıdırlar”.

 

V.Əsədov deyib ki, xüsusilə bu gün məzun şagirdlər, tələbələr yol-hərəkət qaydalarına diqqət etməldirlər.

“Bu gün onlar üçün gözəl bir gündür. Onları təbrik edirik. Amma eyni zamanda, xahiş edirik ki,  qrup halında gəzərkən tələblərə uyğun hərəkət etsinlər. Öz təhlükəsizlikləri və digər yol hərəkət iştirakçılarına maneçilik yaratmamaq üçün səkilərlər hərəkət etsinlər, yeraltı, yerüstü keçidlərdən istifadə etməyi unutmasınlar. Bir anlıq səhv böyük faciələrə yol aça bilər”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir